"Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov Sportal.az saytına açıqlama verib.
Bölgə klubunun futbolçusu komandasının Premyer Liqanın 6-cı turunun "Turan Tovuz"la görüşünü şərh edib.
Bununla yanaşı, İsgəndərov iki gündən sonra "Qarabağ"a qarşı baş tutacaq matçdan gözləntilərini bölüşüb:
"Tovuzda ağır oyun keçirdi. Çünki liqanın liderlərindən birinə qarşı oynadıq. Süni örtüklü meydanda mübarizə aparırdıq. Həm də, rəqibin yaxşı azarkeşləri var. Bunlar hamısı çətinlik yaradır. Üstəlik, biz hesabda 0:2 geri düşmüşdük. Bəxtimiz gətirmirdi, ancaq sonda 2:2 oynadıq və bir xal qazandıq. Vacib xal əldə etdik. Əslində, biz bu cür "come back"ları çox etmişik".
"Qəbələ”nin hücumçusu “Qarabağ”la matçda qələbə üçün oynayacaqlarını deyib: “Qarabağ”ın gücü onsuzda hamıya məlumdur. Biz yaxşı hazırlaşmışıq, bunu davam etdiririk. “Qarabağ”la matçda qələbə qazanmaq istəyirik. Ümidvaram ki, istədiyimizi əldə edə biləcəyik”.
Mirbağırağa