"Əla məşqçilərdir, amma bu kluba uyğun deyildilər"

15:18 - 23 Sentyabr 2023

"Tottenhem"in prezidenti Daniel Levi London klubunun baş məşqçisi postuna vaxtı ilə Antonio Konte və Joze Mourinyonu dəvət edilməsinin səhv addım olduğunu söyləyib.

Sportal.az xəbər verir ki, “Bloomberg”ə danışan israilli iş adamı bunları deyib:

"Həm Jose, həm də Antonio ilə yaxşı münasibətim var idi. Amma mən səhv etdim. Onlar əla məşqçilərdir, lakin bu kluba uyğun deyildilər. Bu məşqçilərin qələbə qazanmaq istədikləri yol bizim qalib gəlməyimizdən fərqlidir. Düşünürəm ki, azarkeşlərimiz hücum futboluna acdır".

Joze Mourinyo 2019-2021-ci, Antonio Konte 2021-2023-cü illərdə “Tottenhem”də baş məşqçi işləyib. London klubuna bu yaydan 57 yaşlı Angelos Postekoqlu rəhbərlik edir. 
 

Xəbər xətti