Niderland millisinin üzvü Ənvər Əl Qazi Almaniyada oynayacaq.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu "Maynts"a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, 2025-ci il iyunun 30-na qədər Almaniya klubuna məxsus olacaq.
Əl Qazi "Ayaks", "Lill", "Aston Villa", "Everton" və PSV klublarında oynayıb. Qeyd edək ki, adıçəkilən futbolçunun "Beşiktaş"a keçəcəyi gözlənilirdi.
saytlarin hazirlanmasi