Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında sonuncu oyununu keçirib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Moldova yığması ilə qarşılaşmanın əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Moldova yığması yekunda 4:1 hesabı ilə qələbə qazanıb.
Millimizin qollarını Orxan Məmmədov və Sabir Allahquliyev vurub. Yekunda Superfinalı 14-cü pillədə tamamlayan komandamız A Divizionundakı yerini itirərək B Divizionuna düşüb.
saytlarin hazirlanmasi