Avropa Liqasının H qrupunda “Qarabağ”ın rəqibi olan “Hekken”in futbolçusu Even Hovland pley-offa vəsiqə qazanmaq şanslarından danışıb.
Sportal.az xəbər verir ki, “Alfonbladet”ə danışan norveçli futbolçunun fikrincə, qrupda ikinci yer uğrunda mübarizə “Hekken”, “Molde” və “Qarabağ” arasında gedəəck:
"Biz “Bayer”lə oyunda təcrübə qazandıq. Onsuzda, xallarımızı Almaniya klubu ilə oyunlarda qazanmayacağıq. İkinci yer uğrunda mübarizə “Qarabağ”, ”Hekken” və “Molde” arasında gedəcək. İnanıram ki, biz bunun öhdəsindən gələcəyik".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsindəki ikinci oyununda "Hekken"ə qarşı keçirəcək. Matç oktyabrın 5-də keçiriləcək.
saytlarin hazirlanmasi