"Bakıda əla nəticə qazandıq"

10:49 - 25 Sentyabr 2023

Futbol üzrə qadınlardan ibarət Kipr milli komandasının baş məşqçisi Stefanos Voskaridis Millətlər Liqasının C3 qrupunda Azərbaycan yığması ilə Bakıda keçirilən matçı (1:1) şərh edib.

Sportal.az xəbər verir ki, Kipr Futbol Federasiyasının mətbuat xidmətinə danışan gənc mütəxəssis paytaxtımızdakı nəticəni qənaətbəxş hesab edib:

"Yeni turnir olduğunu nəzərə alsaq, Bakıda əla nəticə qazandıq. Məqsədimizin qrupda yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Futbolçularımız matçboyu çox səy göstərdilər və layiqli heç-heçə əldə etdilər. Komandanın qarşısına qoyduğumuz bütün məqsədlərə çatmaq üçün hələ çox iş görməliyik. Bakıdakı heç-heçədən razıyıq və çərşənbə axşamı öz meydanımızda Farer adalarına qarşı eyni ruhda oyuna davam etməliyik".

Xəbər xətti