"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə çempionatının 6-cı turunda komandasının "Aston Villa"ya məğlubiyyətini (0:1) şərh edib.
Sportal.az xəbər verir ki, "BBC"yə danışan argentinalı mütəxəssis “Çelsi”nin yaxşı oynadığını bildirib:
"Meydanda azlıqda qalana qədər yaxşı oynadıq. Amma 10 nəfərlə qaldıqdan sonra komanda bütün enerjisini sərf etdi. İşləməyə davam etməliyik. 10 nəfərlə oynamaq hər zaman çətindir. Vəziyyəti dəyişməliyik. Mənim bildiyim yeganə yol dayanmadan işləməkdir. Bunu etsək, hər şeyi dəyişəcəyik".
"Çelsi" 6 turdan sonra 5 xalla 14-cü pillədədir.