"Marsel" rəhbərliyi Marselino Toralın istefasından sonra yeni məşqçi axtarışındadır.
Sportal.az “Foot Mercato”ya istinadən xəbər verir ki, Roberto Donadoni bu vəzifəyə əsas namizədlərdən birinə çevrilib.
Artıq italiyalı mütəxəssislə danışıqlara start verildiyi iddia olunur. Ona ilkin təklif göndərilib.
Qeyd edək ki, Donadoni hazırda işsizdir. Təcrübəli mütəxəssis İtaliya millisi ilə yanaşı, “Parma”, “Napoli” “Bolonya”, “Şençjen” klublarını çalışdırıb.
Marselinonun istefasından sonra Jak Abardonado müvəqqəti olaraq “Marsel”in baş məşqçisi vəzifəsini yerinə yetirir.