"Neftçi" klubunun rəhbərliyində istefa yaşanıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klubda vitse-prezident postunu tutmuş Elnur Eyvazov “Neftçi”dən ayrılıb.
O, 2016-2017-ci illərdə “Neftçi” PFK-nın icraçı direktorun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb, 2017-ci il iyul ayının 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərarın əsasında baş verən struktur dəyişikliyindən sonra “Neftçi” PFK-nın vitse-prezidenti postuna təyin olunmuşdu. Eyvazov öz istəyi ilə tutduğu vəzifədən azad edilib.
saytlarin hazirlanmasi