Azərbaycan klubunun futbolçusu dopinqə görə diskvalifikasiya edildi

14:18 - 25 Sentyabr 2023

“Zaqatala” klubunun futbolçusu Məmmədov Mahmud Gündüz oğlu 23 dekabr 2022-ci il tarixində Azərbaycan Milli Antidopinq İntizam Komitəsi (AMAİK) tərəfindən qəbul edilən qərarla Antidopinq Qaydalarının 2.1-ci və 2.2-ci maddələri ilə nəzərdə tutulmuş qayda pozuntularını törətmiş hesab edilərək barəsində məcburi şərti kənarlaşdırma - 28 iyun 2022-ci il tarixindən hesablanmaqla 2 (iki) illik diskvalifikasiya sanksiyası tətbiq edilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, 17.05.2022-ci il tarixində Azərbaycan I Divizionunun “Neftçi- 2” – “Zaqatala” PFK qarşılaşması zamanı “Zaqatala” PFK-nın heyətində çıxış edən futbolçudan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən toplanan müvafiq nümunələr laboratoriyaya göndərilib və laboratoriyanın müvafiq hesabatına əsasən M.Məmmədovun nümunəsində qadağan edilmiş maddənin mövcudluğu aşkar edilib.

FIFA 9 fevral 2023-cü il tarixində qəbul edilən qərarla AMAİK-in 23 dekabr 2022-ci il tarixli qərarını tanıyıb.

Xəbər xətti