"Kəpəz"in legioneri "Sabah"a vurduğu qoldan yazdı - FOTO

17:18 - 25 Sentyabr 2023

“Kəpəz”in yeni transferi Giorgi Papunaşvili Azərbaycan Premyer Liqasında qol hesabını açıb.

Sportal.az xəbər verir ki, gürcü futbolçu ölkə çempionatının 7-ci turunun “Sabah” – “Kəpəz”(2:2) matçında fərqlənmişdi. Papunaşvili matçdan sonra instaqram hesabında paylaşım edib və bunları yazıb:“Əla performans. “Kəpəz” kimi böyük komandada ilk qolumu vurduğum üçün xoşbəxtəm. Təkmilləşməyə davam edirik”.

Qeyd edək ki, Papunaşvili mövsümün sonuna qədər "Kəpəz"in formasını geyinəcək. O, karyerası ərzində "Dinamo"(Tbilisi), "Verder", "Saraqosa", "Rasinq", "Apollon", "Torpedo"(Kutaisi), "Radniçki" klublarında oynayıb.

Xəbər xətti