“Neftçi”nin baş məşqçisi Adrian Mutu bəzi legionerlərin çıxışından narazıdır.
Sportal.az saytına verilən məlumata görə, rumıniyalı mütəxəssis Ataa Caberin performansından narazıdır. Bununla bağlı futbolçunun özünə də məlumat verilib. Fələstin millisinin üzvünün hətta qış “transfer pəncərəsi” zamanı iş yerini dəyişə biləcəyi də ehtimal edilir. Ən pis halda isə, onunla müqavilə müddəti artırılmayacaq.
Caber 2022-ci il iyun ayında "Aşdod"dan ayrılaraq "Neftçi"yə keçmişdi. Onun "ağ-qaralar"la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
Qeyd edək ki, Mutunun Aaron Olanarenin performansından narazı qaldığı iddia edilir.
saytlarin hazirlanmasi