“Şeffild Yunayted” rəhbərliyi baş məşqçi postunda dəyişikliyə getməyəcək.
Sportal.az “talkSPORT”a istinadən xəbər verir ki, adıçəkilən klubun Premyer Liqanın 6-cı turunda “Nyukasl”a evdə 0:8 hesabı məğlub olmasından sonra rəhbərliyin Pol Hekinqbottomun işinə son verəcəyi iddia edilsə də, bu baş verməyəcək.
Rəhbərlik fiaskoya baxmayaraq, 46 yaşlı məşqçiyə növbəti şansı tanıyıb.
Qeyd edək ki, “Şeffild Yunayted” Premyer Liqada 6 oyundan sonra 1 xalla sonuncu pillədədir.
saytlarin hazirlanmasi