Bəhlul Mustafazadənin qayıdacağı vaxt məlum oldu

22:07 - 27 Sentyabr 2023

"Qarabağ"ın zədəli futbolçusu Bəhlul Mustafazadənin yaşıl meydanlara qayıdacağı tarix məlum olub.

Sportal.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi 3 həftə sonra komanda ilə birlikdə məşqlərə qatılacaq. Millimizin üzvü bundan sonra oyunlarda iştirak edə bilər.

Qeyd edək ki, Bəhlul Mustafazadə Premyer Liqanın 6-cı turunun "Sabah"la matçında (2:0) zədələnib. O, cari mövsümdə "Qarabağ"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti