"Roma"nın hücumçusu Romelu Lukaku "Əl Nəssr"də çıxış edən Kriştiano Ronaldoya məxsus olan rekordu yenilənib.
Sportal.az xəbər verir ki, belçikalı forvard buna Avropa Liqası qrup mərhələsinin "Şerif"lə matçında (2:1) qol vurmaqla nail olub. 30 yaşlı hücumçu turnirdə ardıcıl 12-ci oyunda fərqlənməyi bacarıb.
Avrokuboklarda ardıcıl qarşılaşmalarda qol vurmaq rekordu Kriştiano Ronaldoya məxsus idi. Portuqaliyalı ulduz Çempionlar Liqasının 2017/2018 mövsümündə 11 görüşdə çərçivəni dəqiq nişan ala bilmişdi.
saytlarin hazirlanmasi