"Qalatasaray"ın sabiq futbolçusu "Qarabağ"ın oyununda - FOTO

00:01 - 6 Oktyabr 2023

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin ikinci turu çərçivəsində İsveçdə "Hekken"in qonağıdır.

Sportal.az xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında "Qalatasaray"ın sabiq futbolçusu Yohan Elmander də var. Yerli televiziyalardan birində şərhçi kimi çalışan isveçli sabiq forvard matçı stadionda izləyir.

Qeyd edək ki, Yohan Elmander 2011-2014-cü illərdə "Qalatasaray"da çıxış edib.


Xəbər xətti