İtaliya A seriyasında 8-ci turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, "Milan" səfərdə "Cenoa" ilə qarşılaşıb. "Rossonyerlər"in bu dəfəki qələbəsi olduqca çətin alınıb.
Belə ki, oyunun son dəqiqələrində "Milan"ın qolkiperi Mayk Maynan meydandan qovulduğu üçün qapıya Olivye Jiru keçib. Genuyada növbəti üç xalını qazanan Milan təmsilçisi liderliyini davam etdirib.
"Cenoa" - "Milan" 0:1
Qol: Puluşiç 87