Milli komandanın Estoniya və Avstriya yığmaları ilə keçirəcəyi oyunlarla əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” futbolçularına 3 günlük istirahət verib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda üzvləri oktyabrın 11-də toplaşacaq və məşqlərini Bakıda davam etdirəcək.
Oktyabrın 14-də yoldaşlıq oyunu keçirəcək Naxçıvan klubu “Turan Tovuz”la qarşılaşacaq.
Görüşün keçiriləcəyi məkan və başlama saatı barədə məlumat veriləcək.
saytlarin hazirlanmasi