"Qarabağ"ın İsveçdə "Hekken" üzərində qələbəsi gözlənilməz deyildi. Təmsilçimiz layiqli qələbəsini qazandı. Həm fiziki, həm də taktiki cəhətdən rəqibindən üstün oynadı, üç xala layiq idilər".
Bu sözləri Sportal.az saytına açıqlamasında Zaur Həşimov deyib. Ağdam klubunun veteran futbolçusu komandanın Avropa Liqasındakı çıxışını dəyərləndirib. O, "Hekken"lə görüşdə "Qarabağ"a qələbə qazandıran Juninyo haqda da danışıb:
"Qarabağ" son dörd matçda rəqib qapılarına 9 qol vurub. Bu, çox yüksək göstəricidir. "Hekken"lə görüşdə də bir neçə qol epizodu yarada bildilər. Bunlardan birni də qola çevirdilər. "Qarabağ" Juninyo ilə hücumçu problemini həll edib. Səfərdəki matçda komanda yaxşı oynadı, amma Kevin Medina və Marko Yankoviçi fərqləndirərdim. Andrey Lunyovun qapıdakı inamlı çıxışını da qeyd etmək lazımdır. Juninyo bəyəndiyim forvarddı. Daim rəqib müdafiəçilərini təzyiqdə saxlayır. Aqressiv, qapıya məqsədli futbolu oynayır. Komandaya tam uyğunlaşıb. İsveçdə də qol vuraraq komandanın üç xal qazanmasında pay sahibi oldu".
Həşimovun fikrincə, Azərbaycan çempionu növbəti mərhələyə vəsiqə qazanmağı bacaracaq: "İsveçdəki qələbə Ağdam klubunun növbəti mərhələ şansını çox artırdı. "Qarabağ" evdə də bu komandanı məğlub edə bilsə, növbəti mərhələni təmin edəcək. "Qarabağ"ın evdə iki matçı var. Bu matçlardan biri "Hekken"ə qarşı olacaq. Onları məğlub etsə, avrokuboklarda çıxışını növbəti mərhələdə davam etdirəcək".
Mirbağırağa
saytlarin hazirlanmasi