"Qarabağ" "Hekken"ə qarşı layiqli futbol nümayiş etdirdi. Belə olacağını ehtimal edirdim. İsveçdə yaxşı oynadılar və Avropa Liqasının qrup mərhələsində növbəti qələbələrini qazandılar".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Boyan İliç deyib.
Ağdam klubunun formasını geyinmiş, hazırda futbol agenti kimi çalışan Boyan "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ikinci turunda səfərdə "Hekken"ə qalib gəlməsi barədə danışıb. Onun fikrincə, Azərbaycan çempionu AL-in üçüncü turunda "Bayer"ə qarşı da yaxşı mübarizə aparacaq:
"Səfərdə qapı istiqamətinə 15 zərbə vurmaq əla göstəricidir. Zaman keçdikcə "Qarabağ" daha da yaxşı oynayacaq. Hələ Marko Veşoviç də sıraya dönməlidir. Bu mənada, "Qarabağ" daha da artıracaq. Onlar "Bayer"lə matçda da mübarizə aparacaq və məncə, növbəti mərhələyə vəsiqə qazanacaqlar. Ağdam klubunun mövsümün əvvəlində çempionatdakı uğursuz startından sonra zamanla formaya düşəcəyinə şübhəm yox idi. Komanda etibarlı əllərdədir".
Serbiyalı futbol agenti karyerası ərzində "Qarabağ" və "Bakı" klublarında oynayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi