Legioner həyatı yaşayan forvard: "Qışda "Neftçi"yə qayıdacam"

17:19 - 8 Oktyabr 2023

"Dauqavpils"də işlərim yaxşıdır. Bütün oyunlarda oynamışam. Komanda burada qalmağımı istəyir. Hələ ki, özüm bu barədə fikirləşməmişəm. Fikrimi qarşıdakı matçlara yönəltmişəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Dauqavpils"də oynayan Ramin Nəsirli deyib.

Latviyada legioner həyatı yaşayan U-21 yığmamızın üzvü qışda "Neftçi"yə qayıtmalı olacaq. Çünki onun "Dauqavpils"lə icarə müddəti başa çatacaq. Nəsirlinin "Neftçi" ilə müqaviləsi isə mövsümün sonunda başa çatacaq. O, qış fasiləsində paytaxt təmsilçisi ilə toplanışa yollanıb-yollanmayacağı barədə məlumatsız olduğunu deyib:

"Latviya klubunda icarə əsasında oynayıram. Qışda "Neftçi"yə qayıdacam. Toplanışa gedib-getməyəcəyim isə baş məşqçinin verəcəyi qərar olacaq. Mən "Neftçi"nin yetirməsiyəm. "Neftçi" mənə doğma klubdur. Fikrim Azərbaycanı Avropada layiqincə təmsil etməkdir. Ancaq yenə də klubuma məxsusam və müqaviləm var. Gələcəkdə necə olacağını birlikdə görəcəyik".

Mirbağırağa
 

Xəbər xətti