Polşanın "Rakuv" klubunun prezidenti Petr Obidzinski ilham aldıqları komandalardan danışarkən, "Qarabağ"ın adını da çəkib.
Sportal.az xəbər verir ki, klub rəhbəri "sport.pl" portalına açıqlamasında Azərbaycan çempionunu klub modeli kimi bəyəndiyini bildirib:
"Bizim nümunə götürdüyümüz, izləyəcəyimiz Avropa klubu var? Xeyr, yoxdur, amma biz daim müşahidə aparırıq. Biz təkcə futbolu deyil, ümumiyyətlə, dünyada baş verənləri çox izləyirik. İndi mənim üçün böyük motivasiya mənbəyi avrokuboklardakı çıxışımızdır. Burada "Rakuv"dan da böyük klubların təmsilçiləri ilə danışa bilərəm. Söhbət təkcə "Atalanta"dan getmir. "Qarabağ" və "Kopenhagen" bizə ilham verən klublardır. Bu klubların təmsilçiləri ilə görüşlər zamanı birlikdə ən azı iki nahar edirsiz, müxtəlif suallar verirsiniz, həm də idarəetmə, infrastruktur və sponsorluq baxımından rəqiblərinizdə hər şeyin necə təşkil olunduğunu görmək imkanınız olur.
Motivasiyamızı da buradan alırıq. Son vaxtlar belə görüşlər çox olub. Qarşılaşdığımız klubların hər birinin maraqlı modeli var. “Aris”, “Qarabağ”, “Kopenhagen” və “Atalanta” praktiki olaraq heç bir çatışmazlıq olmadan müasir idman infrastrukturu yarada bilib. Onların hamısı hökumətin, klubların və özəl biznesin bütün səviyyələrində müxtəlif əməkdaşlıq modelləri sayəsində yaradılmış çox yaxşı stadionlarda oynayırlar".
Mirbağırağa