Azərbaycan millisi Estoniya oyunu üçün hazırlığa başlayır: üç forvard olmayacaq

13:18 - 9 Oktyabr 2023

Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya (oktyabrın 13-də) və Bakıda (16 oktyabr) Avstriya yığmaları ilə keçiriləcək F qrupunun oyunlarına hazırlıq məqsədilə bu gün məşqə başlayacaq.

Sportal.az xəbər verir ki, Renat Dadaşov və Ramil Şeydayeva ilk məşqi buraxacaqlar. Çünki hər iki futbolçu bu axşam Bakıya gələcək və ən yaxşı halda, sabah komanda ilə məşqə çıxacaqlar. Millinin bugünkü məşqi 16:00-da planlaşdırılıb.

"Yurqorden"in forvardı Musa Qurbanlı isə millinin düşərgəsində Estoniyada qoşulacaq.

Canni De Byazinin rəhbərlik etdiyi yığma oktyabrın 11-də çarter reysi ilə Bakıdan Tallinə uçacaq.

Xəbər xətti