İngiltərə millisinin veteran futbolçusu Ueyn Runi karyerasını ölkəsində davam etdirə bilər.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, ötən həftə ABŞ-ın "Di Si Yunayted" klubundan ayrılan Runiyə İngiltərədən təklif gəlib.
Çempionşipdə mübarizə aparan "Birmingem" ona təklif göndərib.
37 yaşlı məşqçinin yaxın günlərdə qarşı tərəfə yekun cavabını verəcəyi gözlənilir.
saytlarin hazirlanmasi