Millidəki karyerasını başa vurdu

15:34 - 9 Oktyabr 2023

“Hayduk”un forvardı Marko Livaya Xorvatiya millisindəki karyerasını başa vurub.

Sportal.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu millidə oynamaq istəməyib.

Bu haqda futbolçu özü məlumat verib.“İnter”, “Luqano”, “Çezena”, “Atalanta”, “Rubin”, “Empoli”, “Las Palmas”, AEK klublarında da oynamış Livaya indiyə qədər Xorvatiya millisində 21 matça 4 qol vurmuşdu.

O, 2021-ci ildən “Hayduk”un (Split) üzvüdür.

Xəbər xətti