Millinin heyətindən kənarlaşdırıldı

09:19 - 10 Oktyabr 2023

"Arsenal"ın futbolçusu Bukayo Saka İngiltərə millisinin qarşıdakı görüşlərində iştirak edə bilməyəcək.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, futbolçu zədəsini sağalda bilmədiyi üçün heyətdən çıxarıb.

O, oktyabrın 3-də ÇL-in qrup mərhələsinin 2-ci turunun “Lans”la görüşündə zədələnmişdi.

Saka milliyə dəvət edilsə də, zədəsini sağalda bilmədiyi üçün düşərgəyə yollanmayıb.

Xəbər xətti