"Şalke"yə yeni baş məşqçi təyin edilib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Helzenkirhen təmsilçisinə Karel Herarts rəhbərlik edəcək.
O, 2025-ci il iyunun 30-na qədər komandanı çalışdıracaq.
41 yaşlı məşqçi bir ötən ay istefaya göndərilmiş Tomas Raysı əvəzləyib.
Herarts bundan əvvəl Belçikanın "Union" klubunda işləyib.
"Şalke" 9 turdan sonra ikinci Bundesliqada 16-cı pillədədir.
saytlarin hazirlanmasi