Millinin sabiq baş məşqçisi tanınmış klubla anlaşdı

09:51 - 10 Oktyabr 2023

Braziliya milli komandasının sabiq baş məşqçisi Tite özünə yeni iş yeri tapıb.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis “Flamenqo”nu çalışdıracaq.

62 yaşlı məşqçinin klubla müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.

Sentyabrın sonunda “Flamenqo” Xorxe Sampaolini istefaya göndərmişdi.

Xəbər xətti