Kevin Medina: "Qənaətbəxş nəticə ilə qayıdacağımıza inanıram"

21:57 - 25 Oktyabr 2023

"Qarabağ"ın futbolçusu Kevin Medina Avropa Liqası qrup mərhələsinin "Bayer"lə keçiriləcək matçından əvvəl mətbuat konfransında iştirak edib.

Sportal.az kolumbiyalı mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:

- Rəqibimizin bu mövsüm göstərdiyi performans göz qabağındadır. Bundesliqanın turnir cədvəlindəki mövqeləri də bunu göstərir. Amma biz də çox yaxşı hazırlaşmışıq. Azərbaycan xalqı bizdən layiqli oyun gözləyir. Onların gücünü bilirik. Biz də bu cür oyunları çox sevirik. Bacardığımızı göstərməyi çox istəyirik. Ümid edirəm bizə bəslənən ümidləri doğruldacağıq. Qənaətbəxş nəticə ilə qayıdacağımıza inanıram.

- Bu mövsüm müdafiənin mərkəzində səninlə oynayan futbolçular zədə səbəbindən tez-tez dəyişir. Bu, sənə çətinlik yaradır?

- Heç bir çətinlik yoxdur. Çünki, oyun fəlsəfəsi hamıya bəllidir. Hər gün bir yerdə məşq edirik. Bir-birimizi çox yaxşı tanıyırıq.

- Azərbaycan Premyer Liqasından sonra belə ciddi rəqiblə oyuna adaptasiya olmaq çətin deyil?

- Təbii ki, Azərbaycan Premyer Liqası və Avropa Liqası tam fərqli turnirlərdir. Burada tələblər də başqadır. Fərq hiss olunur. Amma istənilən halda hər iki turnirdə maksimum məsuliyyət tələb olunur. Bundesliqanın ən aparıcı klublarından birinə qarşı oynayacağıq. Bu matçda daha məsuliyyətli olmalıyıq.

Elçin Əlixan

Xəbər xətti