"Qarabağ"ın rəqiblərinin oyununda 6 qol

22:44 - 26 Oktyabr 2023

Avropa Liqasında qrup mərhələsinin üçüncü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın yer aldığı H qrupunda "Molde" doğma meydanda "Hekken"i qəbul edib. Qarşılaşma Norveç təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk qələbəsini qazanan "Molde" qrupda üçüncü pillədə qərarlaşıb. Bütün görüşlərdə uduzan "Hekken" isə sonuncu yerdədir.

Qeyd edək ki, "Qarabağ" saat 23:00-da səfərdə "Bayer"lə qarşılaşacaq.

Xəbər xətti