UEFA "Qarabağ"a 1 milyon 320 min avro ödəniş etdi

16:23 - 6 Noyabr 2023

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məbləğ Avropa Liqasının qrup mərhələsində qazanılan iki qələbəyə və turnirdə iştiraka görə verilib.

Qurum tərəfindən ayrılan 1 milyon 320 min 105 avro maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə ölkə çempionunun hesabına köçürülüb.

Xəbər xətti