"Qarabağ" - "Bayer" matçının biletləri tükənir

21:31 - 6 Noyabr 2023

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununa bilet satışı davam edir.

Sportal.az xəbər verir ki, artıq qarşılaşma üçün 24 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

”Changan Azerbaijan”da isə VIP və CAT 1 biletlər satılacaq.

Xəbər xətti