Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

22:44 - 7 Noyabr 2023

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Bayer” (Almaniya) oyunundan öncə təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Sportal.az xəbər verir ki, Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov və futbolçusu Bəhlul Mustafazadənin mətbuat konfransı noyabrın 8-i saat 17:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

18:00-da isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək.

Xəbər xətti