"Qarabağ" - "Bayer" matçının biletləri tükənir

13:11 - 9 Noyabr 2023

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Bayer"i qəbul edəcək.

Sportal.az saytına verilən məlumata görə, qarşılaşmaya bilet satışı davam edir. Hazırda matç üçün satışa çıxarılan biletlərdən 28 mini satılıb. Oyun saatınadək satış davam edəcək.

Qeyd edək ki, "Qarabağ" - "Bayer" görüşü bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Xəbər xətti