Gürcüstan millisi AVRO-2024-ün seçmə mərhələsində A qrupunda son oyununu keçirib.
Sportal.az xəbər verir ki, adıçəkilən yığma səfərdə İspaniya millisi ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.
Meydan sahiblərinin heyətində Azərbaycan klublarından da futbolçular yer alıb: “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili və “Sabah”ın hücumçusu Davit Volkov.
Onların heç biri meydana çıxmayıb. Səkkiz turun nəticələrinə əsasən, Gürcüstan komandası 8 xalla öz qrupunda 4-cü yeri tutub.