"Atletiko"dan 50 milyon avroluq təklif

20:46 - 20 Noyabr 2023

"Atletiko" hücum xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Yuventus"da çıxış edən Duşan Vlahoviçlə yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Atletiko"nun serb hücumçu üçün Turin təmsilçisinə 50 milyon avroluq rəsmi təklif göndərəcəyi bildirilir. "Yuventus" təklifi qəbul etməsə, Madrid klubu 50 milyon avrodan əlavə qarşı tərəfə bir oyunçu da verməyə hazırdır.

Qeyd edək ki, Duşan Vlahoviç cari mövsümdə "Yuventus"un heyətində meydana çıxdığı 10 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 23 yaşlı forvardın klubla müqavilə 2026-cı ilin yayına kimidir.

 

Xəbər xətti