"Futbol Düşərgəsi" layihəsinə start verilib

21:05 - 20 Noyabr 2023

“Paşa Həyat Sığorta” ASC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, eyni zamanda, “Azərikimya” İB-nin dəstəyi və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə “Sumqayıt” Futbol Klubunun təşkil etdiyi “Futbol Düşərgəsi" layihəsinə start verilib.

Sportal.az xəbər verir ki, 16 noyabr tarixində start götürən layihə 6 gün müddətində 2 qrup üzrə keçiriləcək. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək. Düşərgənin ilk qrupunda iştirak edən şagirdlər “Vətən müharibəsi”ndə şəhid və qazi olan igid əsgərlərimizin övladlarıdır.

Qeyd edək ki, ümumilikdə bu layihə 2014-cü ildən "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu və "Azərikimya" İB-nin dəstəyi ilə keçirilir və bu müddət ərzində 800-dən çox məktəbli bu seminarın iştirakçısı olub.

Xəbər xətti