"Qarabağ"ın futbolçusu Marko Veşoviç Avropa Liqasının 5-ci turunun "Molde" ilə oyunundan öncə mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi sabah keçiriləcək görüşlə bağlı danışıb:
"Çətin oyun gözləyir. Rəqib də çətindir. Meydança da sünidir. Hava şəraiti də bizə çətinlik yaradacaq. Amma əlimizdən gələni edəcəyik ki, buradan yaxşı nəticə ilə ayrılaq".
O, sabahkı matçda oynamağa hazır durumda olduğunu da deyib: "Bayer"ə qarşı və Monteneqro millisindəki son iki oyunu yəqin ki, izləməmisiz. Motivasiyam var və fitəm. Sabahkı matçda əlimdən gələni etməyə hazıram".
Mirbağırağa
saytlarin hazirlanmasi