UEFA Avropa Liqasında 5-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi "Qarabağ" da meydana çıxıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Norveçdə "Molde"nin qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
5 turdan sonra hər iki komandanın aktivində 7 xal var. "Qarabağ" artıq Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.
UEFA Avropa Liqası
Qrup mərhələsi, V tur
00:00. "Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan) 2:2
Qol: Eriksen, 82, - 87 Juninyo, 12 - Bəhlul Mustafazadə, 90+5
Baş hakim: Erik Lambrexts (Belçika).
Norveç. Molde stadionu.