"Qusar" "Şəki Siti"ni məğlub etdi - VİDEO

17:41 - 4 Dekabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında XII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Qusar" öz meydanında "Şəki Siti"ni qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 26-ya yüksəldən "Qusar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 20 xalı olan "Şəki Siti" isə 7-ci yerdədir.

"Qusar" - "Şəki Siti" 2:1
Qollar: 
Eşqin Tağıyev, 61, Firudin Ağalarov, 88 - Ravil Xəlilov, 29

Xəbər xətti