UEFA Sloveniyanın "Olimpiya" klubunun "Qarabağ"la keçirdiyi Avropa Liqası pley-off mərhələsinin ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.
Sportal.az xəbər verir ki, təşkilatın Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb. Bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, "Olimpiya" Lyublyanadakı qarşılaşmada meydana əşyaların atılmasına görə 22625, komandanın düzgün olmayan davranışına görə isə 4500 avro cərimələnib. Həmin görüş "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıda rəqibi ilə heç-heçə (1:1) edən Azərbaycan çempionu turnirin qrup mərhələsinə yüksəlib.
saytlarin hazirlanmasi