"Çelsi"də futbolçular özlərini peşəkar kimi aparırdılar, "Mançester Yunayted"də isə fərqli idi"

14:18 - 6 Dekabr 2023

"Renn"in yarımmüdafiəçisi Nemanya Matiç əvvəllər formasını geyindiyi "Mançester Yunayted"dəki iş prosesinin zəif tərəflərini xatırladıb. 

Sportal.az xəbər verir ki, "Footmercato"ya açıqlama verən serbiyalı "qırmızı şeytanlar"ın bir neçə futbolçusunu tənqid edib:

"Çelsi"də futbolçular özlərini peşəkar kimi aparırdılar, punktual idilər və heç vaxt məşqə gecikmirdilər. Amma “Mançester Yunayted”də fərqli idi. Gecikmələr demək olar ki, hər gün baş verirdi. Pol Poqba, Ceydon Sanço və digər iki oyunçu daim məşqə gec gəlirdilər. Vaxtında gələn hər kəs buna qəzəblənirdi. Ona görə də mənim rəhbərliyim altında qeyri-rəsmi intizam komitəsi yaratmaq qərarına gəldik. Gecikmiş hər kəsin adlarını yazdığım bir kağız parçasını divara yapışdırdım. Bir mövsüm ərzində təxminən 75 min funt sterlinq cərimə yığdıq. Bu isə çoxdur".

Qeyd edək ki, 35 yaşlı futbolçu 2017-2022-ci illərdə “Mançester Yunayted”də oynayıb.

Xəbər xətti