"Qarabağ"ın futbolçusunun durumu nə vaxt bilinəcək?

18:11 - 9 Dekabr 2023

"Qarabağ"ın müdafiəçisi Marko Veşoviç Premyer Liqanın 16-cı turunun "Sumqayıt"la matçında zədələnib.

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevın Sportal.az saytına verdiyi məlumata görə, monteneqrolu futbolçunun tibbi müayinəsinin cavabı həftənin 1-ci günü məlum olacaq.

Yannız bundan sonra 32 yaşlı sağ cinah müdafiəçisinin zədəsinin nə dərəcədə ciddi olduğu bilinəcək.

Qeyd edək ki, Marko Veşoviç cari mövsümdə "Qarabağ"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti