"Qarabağ" bu futbolçu ilə bağlı qərar verdi

20:14 - 12 Dekabr 2023

"Qarabağ" yayda "Zirə"yə icarəyə verdiyi Rüstəm Əhmədzadə ilə bağlı qərar verib.

Sportal.az Pressing.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 22 yaşlı futbolçunu gələcək planlarında görmür. Millimizin üzvü olan hücumçunun birdəfəlik "Zirə"yə keçmək ehtimalı da var.

"Qarabağ" Rüstəmi 2022-ci ilin qış fasiləsində Ukrayna təmsilçisi "Minay"dan 200 min dollara transfer edib.

Xəbər xətti