"Hekken"in kapitanə Samuel Gustafson Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la matçından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.
Sportal.az 28 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:
- Qrupdan çıxmaq şansınız qalmayıb. Belə olan halda oyuna necə motivasiya olursunuz?
- Baş məşqçi elə komanda formalaşdırıb ki, hamı bir-birinə dəstək olur. Hər gün daha yaxşı olmaq istəyirik. Hazırda xalımız yoxdur. Sabah bu göstəricini dəyişdirmək istəyirik.
- "Qarabağ"da hansı futbolçu digərlərindən fərqlənir?
- Onların heyətində yaxşı oyunçuların sayı çoxdur. Həm milli komandada çıxış edən yerli futbolçular, həm də legionerlər. Yankoviçi qeyd edərdim. Sağ cinah yarımmüdafiəçisini də qeyd edərdim.
Elçin Əlixan
saytlarin hazirlanmasi