"Betis"in yarımmüdafiəçisi İsko komandadan ayrılmayacaq.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, tərəflər arasında müqavilə müddətinin artırılması ilə bağlı razılıq əldə edilib.
İsko 2027-ci il iyunun sonuna qədər “Betis”ə məxsus olacaq.
İspaniya millisinin sabiq üzvü Əndəlusiya klubuna yayda keçmişdi.
31 yaşlı futbolçu "Valensiya", "Malaqa", "Real", "Sevilya" klublarında oynayıb.
saytlarin hazirlanmasi