"Union Berlin"in müdafiəçisi Leonardo Bonuççi Almaniyanı tərk etməyə hazırlaşır.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, təcrübəli futbolçu İtaliyaya qayıda bilər.
Belə ki, onun "Roma"ya keçidi gündəmə gəlib.
Hazırda tərəflər arasında danışıqlar gedir.
36 yaşlı müdafiəçi bu mövsüm Almaniya Bundesliqasında 9 oyun keçirib, 1 qol vurub. Onun paytaxt təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
saytlarin hazirlanmasi