Azərbaycanlı qolkiper Maldiv adaları klubunda: "Bura iki aylıq gəlmişəm"

14:18 - 25 Dekabr 2023

Azərbaycanlı qapıçı Elməddin Məmmədov Maldiv adalarına yollanıb.

Bu barədə Sportal.az saytına açıqlamasında bildirib. 

O, bu ölkənin yüksək liqa təmsilçisi olan "Laquns"a keçib.

Məmmədov saytımıza açıqlamasında bunları deyib:

"Artıq üç məşqə çıxmışam. Əvvəl də Maldiv adlarında oynamışam. Ona görə hansısa adaptasiya problemi çəkməyəcəm. Gəlmişəm komandaya kömək edəm. Bura iki aylıq gəlmişəm. Qazaxıstan, Tacikistan və Qırğızıstan klublarından təkliflərim var. Necə olacağını zaman göstərəcək. Hələ ki, buradayam və "Laquns" üçün mübarizə aparacam".

Mirbağırağa

Xəbər xətti