"Neftçi"də yeni baş məşqçinin qarşısına qoyulan məqsəd açıqlandı

18:52 - 24 Dekabr 2023

"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov mətbuat konfransında çıxış edib. Sportal.az xəbər verir ki, o, komandanın yeni baş məşqçisi Miodroq Bojoviçin təqdimat mərasiminda jurnalistlərin suallarını dəyərləndirib.

- İlk dəfədir ki, ani təqdimat olur. Tələskənlik idi, yoxsa şəffaflıq?

- Təbii ki, şəffaflıqdır. Miodroq Bojoviç Bakıdadır. İstəyirdik ki, bunu hamı bilsin.

- Baş məşqçinin qarşısına hansı hədəf qoyulub?

- Hədəf ölkə kubokunu qazanmaq və minimum ikinci yeri tutmaqdır.

- Adrian Mutu ilə yolların ayrılmasında nə həlledici rol oynadı?

- Qarşılıqlı fikir belə oldu. Mutunun anasını dünyası dəyişmişdi. Getməmişdən əvvəl onunla müzakirə etdik. Eyni fikrə gəldik ki, yeni baş məşqçi gəlsə, daha yaxşıdır.

- Namizədlər siyahısında yerli baş məşqçinin adı var idi?

- Xeyr, yox idi.

Mirbağırağa

Xəbər xətti