"İndiki məqamda "Neftçi"yə ən uyğun baş məşqçi olaraq məhz Bojoviçi gördük. Təcrübəli məşqçi üzərində seçim etdik. Məncə, daha yaxşı seçimdir. Bu regionda da çalışıb. Bir neçə namizəd üzərində danışıq gedirdi. Sonda hazırkı baş məşqçimizin üzərində dayandıq. Məncə, o, "Neftçi"yə uyğun baş məşqçidir".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin idman direktoru Yens Andersson deyib.
İsveçli funksioner mətbaut konfransında monteneqrolunun baş məşqçi postuna təyinatının detallarını açıqlayıb: "Neftçi"də əvvəllər də tez-tez baş məşqçi dəyişikliyi olurdu. Hazırkı heyətimizə də uyğun məşqçi elə Bojoviçdir. Analizlər etdik, statistikaları incələdik. Sonda hazırkı baş məşqçimizin üzərində dayandıq. Məncə, hazırkı an üçün ən düzgün seçimi etmişik".
Mirbağırağa
saytlarin hazirlanmasi